İQTİSADİYYAT
"Elektron hökumət" portalında təqdim olunan xidmətlərin sayı 256-ya çatmışdır
Bakı, 17 oktybar (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan "Elektron hökumət" bülleteninin növbəti nömrəsi yaxın vaxtlarda geniş auditoriyaya təqdim olunacaqdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, bülletendə yer alan statistik məlumatlara görə, "www.e-gov.az"a ümumilikdə 359 187 daxilolma qeydə alınmışdır. Portala 212 min 281 nəfər müraciət etmiş, 501 253 elektron xidmətdən istifadə olunmuşdur.
Sentyabr ayında 34 min 124 daxilolma qeydə alınmış və müraciət edənlərin ümumi sayı isə 21 923 nəfər olmuşdur. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 20 min 466-ya çatmışdır. "Elektron imza" vəsiqəsinə sahib olan istifadəçilərin sayı 16 mini keçmişdir. Təqdim olunan xidmətlərin sayı 256-ya çatmış, "Facebook" sosial şəbəkəsində istifadəçilərin sayı 80 min 200 nəfər təşkil etmişdir.