İQTİSADİYYAT
"Premier Kredit BOKT"-un təmin edilməmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb
Bakı, 28 iyul, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Premier Kredit BOKT" MMC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydə alıb.
“Bakı Fond Birjası” QSC-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın məbləği 580 min ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 580 ədəd, bir istiqrazın nominal dəyəri 1000 dollar, istiqraz üzrə faiz dərəcəsi isə 13,5 faizdir. "Texnika Kapital Menecment" anderrayter vəzifəsində çıxış edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:37]
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
- 06.05.2024 [18:02]
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb
- 06.05.2024 [17:14]
Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir
- 06.05.2024 [16:58]
® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
- 06.05.2024 [16:53]