"Şahdağda Velosipedçilər Günü"
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 25- də Azərbaycanda ilk dəfə "Şahdağ" Turizm Mərkəzində "Şahdağda Velosipedçilər Günü" adlı tədbir keçiriləcək. "Şahdağ" Turizm Mərkəzi tərəfindən hazırlanan ilk velosiped yolları velosipedçilərin tam ixtiyarına veriləcək.
Mədəniyyət Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni başlayanlar, peşəkarlar və ekstremallar üçün bir neçə yol səviyyəsi planlaşdırılıb. Peşəkar və həvəskar velosipedçilər onlar üçün xüsusi tutqaclarla təchiz edilmiş kanat yollardan istifadə edəcəklər. Bu zonada yolların uzunluğu 1-3 km olan yolun start yeri dəniz səviyyəsindən 2351 metr hündürlükdə yerləşir. Yarış iştirakçıları start yerinə xüsusi maşınlarla çatdırılacaqlar.
Qeyd edək ki, yarış iştirakçılarının əlverişli istirahəti üçün hərtərəfli şərait yaradılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:07]
Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib
- 12.11.2026 [17:34]
Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir
- 11.11.2026 [12:26]
Palma zirvəsində üç gün
- 06.11.2026 [15:35]