İQTİSADİYYAT
"Saratov Airlines" Ufa-Bakı aviareysini həyata keçirəcək
Bakı, 10 fevral, Elvin Camalov, AZƏRTAC
"Saratov Airlines" martın 29-dan Ufa-Bakı aviareysini həyata keçirməyə başlayacaq.
AZƏRTAC "UfacityNews.ru" qəzetinə istinadla xəbər verir ki, aviaşirkət uçuşlara "AN-148" təyyarələri ilə martın 29-dan başlayacaq.
Məlumat verilib ki, cümə axşamı günləri təyyarə saat 21:55-də Ufa Beynəlxalq Aeroportundan qalxacaq və saat 00:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Əks istiqamətdə isə Bakıdan 05:40-da qalxan təyyarə 10:00-da Ufa aeroportuna eniş edəcək. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edir.
Hər iki istiqamətdə aviabiletlərin qiyməti 20,516 rubl (353 dollar) təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]