Azərbaycan Dövlət İnformasiya Agentliyi

A.A. Əli Zadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə Akif Ağa Mehdi oğlu Əli Zadə “İstiqlal” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin