SİYASƏT
ABDULLAH GÜL: AZƏRBAYCANDA KEÇİRİLMİŞ PREZİDENT SEÇKİLƏRİ BÜTÜN BÖLGƏYƏ NÜMUNƏ OLA BİLƏR
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül noyabrın 5-də Ankarada Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdən sonra bəyanatında demişdir ki, Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə, bizim bölgəyə nümunə olacaq şəkildə keçirilmişdir.
Yenidən Prezident seçilmiş İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsini yüksək qiymətləndirən Abdullah Gül vurğulamışdır ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər istənilən digər iki ölkənin qarşılıqlı münasibətlərindən üstün səviyyədədir. Bizim mövqelərimiz daim üst-üstə düşmüşdür. Bu səfər Qafqazda çox önəmli bir mərhələnin yaşanması dövrünə təsadüf edir.