ELM VƏ TƏHSİL
ABİTURİYENT-2008
BU İLDƏN ALİ MƏKTƏBLƏRƏ VƏ ORTA TƏHSİL BAZASINDAN ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ DAXİL OLANLAR ÜÇÜN YENİ QAYDALAR TƏTBİQ EDİLƏCƏK
Bu ildən 2008/2009-cu tədris ili üçün ölkənin ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə daxil olanlar üçün yeni qaydalar tətbiq ediləcəkdir. Yeniliklərdən biri sənədlərin verilməsi qaydasına aid edilmişdir. Azərbaycan vətəndaşlarından sənədlərin qəbulu aşağıdakı qaydada həyata keçiriləcəkdir:
- Abituriyentlər əvvəlcə şəhər (rayon) poçt şöbələrində “ödəmə kartı” əldə edirlər;
-- Şəxsiyyət vəsiqəsinin nömrəsindən, PİN kodundan və “Ödəmə kartı”nın iş nömrəsindən və şifrindən istifadə etməklə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytının müvafiq (www.tqdk.go v.az/ali2008) səhifəsinə daxil olur və “Abituriyentin elektron ərizəsi” formasını doldururlar;
-Azərbaycan və rus bölmələrinin abituriyentləri sənəd qəbulu komissiyalarına (SQK) tələb olunan sənədləri təqdim edərək ərizələrini təsdiq edirlər;
-Bakıdakı orta ümumtəhsil məktəblərini 2008-ci ildə bitirən abituriyentlər ərizələrini paytaxtda yerləşən aşağıdakı məktəblərdəki SQK-larda təsdiq edirlər:
- Binəqədi rayonu (83, 246, 29);
- Xətai rayonu (95, 55, 249);
- Nəsimi rayonu (19, 46);
- Səbail rayonu (190, 49);
- Sabunçu rayonu (107, 75);
- Qaradağ rayonu (139);
- Əzizbəyov rayonu (183);
- Nizami rayonu (210, 250);
- Nərimanov rayonu (47, 178);
- Yasamal rayonu (158, 225);
- Suraxanı rayonu (85, 104).
Respublikanın digər şəhər və rayonlarında orta təhsil məktəblərini bitirmiş abituriyentlər ərizələrini təhsil şöbələrində və telekommunikasiya qovşaqlarında yaradılmış SDK-larda təsdiq edirlər.
Ali, orta ixtisas, peşə məktəblərini 2008-ci ildə bitirən məzunlar və orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirmiş abituriyentlər ərizələrini aşağıdakı ali təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq edirlər:
- Azərbaycan Texniki Universiteti;
- Azərbaycan Dövlət Pedaqoji Universiteti;
- Azərbaycan Memarlıq və İnşaat Universiteti;
- Azərbaycan Dillər Universiteti;
- Azərbaycan Turizm İnstitutu;
- Xəzər Universiteti;
- “Azərbaycan” Universiteti;
- Bakı Biznes Universiteti;
- Azərbaycan Kənd Təsərrüfatı Akademiyası;
- Gəncə Dövlət Universiteti;
- Azərbaycan Texnologiya Universiteti;
- Naxçıvan Dövlət Universiteti;
- TQDK-nın Naxçıvan MR Regional Şöbəsi;
- Sumqayıt Dövlət Universiteti;
- Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı;
- Lənkəran Dövlət Universiteti;
- Mingəçevir Politexnik İnstitutu;
- Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı;
- Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı;
- Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı;
- Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı;
- Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı;
- Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı;
- Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı;
- Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı;
- Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı.
Xarici dövlətlərin vətəndaşları tələb olunan sənədləri aprelin 11-dən mayın 31-dək TQDK-da yaradılmış SQK-ya təqdim etməklə “Abituriyentin ərizəsi”nin kağız formasını doldururlar.
Gürcüstan Respublikasının vətəndaşları olan azərbaycanlılar sənədlərini Qazax Rayon Təhsil Şöbəsində, Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan azərbaycanlılar isə Qusar Rayon Təhsil Şöbəsində yaradılmış SQK-ya təqdim edə bilərlər.
Xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olmaq istəyən abituriyentlər isə sənədlərini müvafiq nazirlik və idarələrin müəyyənləşdirdiyi qaydalara əsasən təqdim etməlidirlər.
######