ELM VƏ TƏHSİL
ABİTURİYENTLƏRİN ÇƏTİN MƏNİMSƏDİKLƏRİ “ELEKTROLİZ” MÖVZUSU TƏHLİL OLUNMUŞDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, kimya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Seminarda 2007-ci ildə ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrinin statistik təhlilinə əsasən abituriyentlərin çətin mənimsədikləri “Elektroliz” mövzusu test tapşırıqları elmi-metodiki cəhətdən geniş təhlil olunmuşdur.
Çıxış edən alim və müəllimlər mövzu ilə bağlı fikirlərini açıqlamışlar.
Ali məktəblərə qəbul imtahanlarına hazırlaşan gənclərin müvafiq mövzunu öyrənərkən məhlullara, məhlulların qatılığının ifadə üsullarına, elektrolitlərə, elektrolitik dissosiasiyaya, duzların, əsasların suda həllolma cədvəlinə, metalların aktivlik sırasına aid nəzəri materiallara diqqət yetirmələri tövsiyə edilmişdir.
Seminarda “Oksidləşmə-reduksiya reaksiyaları” mövzusu ilə əlaqədar fikirlər də diqqətə çatdırılmışdır.