İQTİSADİYYAT
Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün yenidənqurma işləri aparılır
Bakı, 20 yanvar (AZƏRTAC). “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti (ASC) abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün yenidənqurma işlərini davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər planına əsasən şəbəkələrdə cari və əsaslı təmir işləri həyata keçirilir. Bu məqsədlə yeni yarımstansiyaların tikintisi, mövcud yarımstansiyalarda əsaslı təmir, yenidənqurma işləri, elektrik avadanlığının texniki vəziyyətinin yoxlanılması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması, mexanizmlərin saz vəziyyətə gətirilməsi, lazımi miqdarda ehtiyat hissələrinin, materialların, avadanlığın ehtiyatının yaradılması, elektrik verilişi xətlərinin təmiri və digər tədbirlər yerinə yetirilir.
Görülən işlər nəticəsində şəbəkənin gücü artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün lazımi tədbirlər görülür.