ELM VƏ TƏHSİL
ABŞ-AZƏRBAYCAN BİRGƏ TƏDQİQAT QRUPU ÜÇÜN QRANT AYRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu (MTİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Milli Elm Fondu (AMEF) “Birgə Qrant Proqramı”na (BGP-II) uyğun olaraq, ABŞ-Azərbaycan birgə tədqiqat qrupu üçün 17 qrant ayırmışlar.
Hər qrantın məbləği 40 min ABŞ dollarıdır. İki illik proqram əməkdaşlığı genişləndirmək, mülki şəxslərin tədqiqatlarını, xüsusilə də əvvəllər hərbi sahədə işləmiş alimləri, gələcək tədqiqatçılar nəslinin inkişafını dəstəkləmək və Azərbaycanda elmin səviyyəsini artırmaq məqsədi ilə davam etdirilir.
BGP-II müsabiqəsi AMEF-ə və MTİF-ə təqdim edilmiş, ABŞ, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandan olan ekspertlər tərəfindən rəy verilmək şərtilə 32 layihə arasında keçirilmişdir.
Qaliblərlərin adları MTİF (www.crdf.org), AMEF (www.ansf.az) və AMEA-nın (http://www.science.az) veb-saytlarında yerləşdiriləcəkdir.