SİYASƏT
ABŞ Azərbaycanlıları Şəbəkəsi Xocalı qırğınının ABŞ-da tanınması kampaniyasına start vermişdir
Bakı, 26 yanvar (AZƏRTAC). ABŞ Azərbaycanlıları Şəbəkəsi Xocalı soyqırımı üzrə altıncı ənənəvi kampaniyasına başlamışdır. Bu dəfə kampaniya Ağ Evin elektron sistemi vasitəsilə aparılır.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin petisiyasında ABŞ administrasiyasından Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilmiş proklamasiyanın qəbul edilməsi, həmçinin həmin hadisənin hərbi cinayət kimi tanınması xahiş edilir. Müraciətdə deyilir: “ABŞ azərbaycanlıları və ABŞ Azərbaycanlıları Şəbəkəsi fevralın 26-da 1990-cı ilin ən faciəli hadisələrinin, XX əsrin ikinci yarısında postsovet məkanında baş vermiş ən böyük hərbi cinayətin - Xocalı qırğınının 21-ci ildönümünü qeyd edəcəklər”.
Ermənistan prezidentinin törətdiyi həmin cinayət elə onun özü tərəfindən tanınmışdır. Bəzi ölkələrdə və Massaçusets, Meyn, Texas və Nyu-Cersi də daxil olmaqla bir neçə ştatda Xocalıdakı kütləvi qırğınla bağlı qətnamə və proklamasiyalar dərc edilmişdir. Petisiyanı imzalayanlar Prezident Barak Obamanın administrasiyasını Xocalıdakı qanlı qırğınları tanımağa, faciə qurbanlarının xatirəsini anmağa və proklamasiya qəbul etməyə çağırılar.
ABŞ administrasiyasının petisiyaya baxması üçün 100 min imza lazımdır.
Yusif Babanlı
Vaşinqton