SİYASƏT
ABŞ dövlət katibinin köməkçisi: Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən insidentlərdən və günahsız insanların həlak olmasından çox təəssüflənirik
Bakı, 19 iyun (AZƏRTAC). Biz Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən insidentlər barədə
xəbərləri izləyirik və günahsız insanların həlak olmasından çox təəssüflənirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Amerika Erməni Milli Komitəsinin yazılı sorğusuna cavabında demişdir.
F.Qordon vurğulamışdır ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun bölgəyə səfəri zamanı dediyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli güc tətbiqi yolu ilə mümkün deyildir.
Dövlət katibinin köməkçisi bildirmişdir ki, ABŞ tərəfləri təkidlə güc tətbiqindən çəkinməyə çağırır. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həlli istiqamətində tərəflərlə birgə işi davam etdirəcəkdir.