SİYASƏT
ABŞ-IN AVRASİYA ENERJİ MƏSƏLƏLƏRİ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR
Bakı, 15 yanvar (AZƏRTAC). ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycana səfərə gəlmişdir.
ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, birgünlük səfər çərçivəsində R.Morninqstar Azərbaycan rəsmiləri ilə energetika məsələlərinə dair müzakirələr aparacaqdır.