ABŞ-ın neft ehtiyatları azalıb
Bakı, 1 aprel, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 900 min barrel (0,2 faiz) azalaraq 501,8 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 400 min barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 637,8 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1,7 milyon barrel azalaraq 230,5 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə azalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]