DÜNYA
ABŞ nümayəndə heyəti Fətullah Gülənin ekstradisiyasını müzakirə etmək üçün Ankaraya gəlib
Bakı, 23 avqust, AZƏRTAC
Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə etmək üçün Türkiyəyə gələn ABŞ nümayəndə heyəti ilə Ankarada danışıqlar başlayıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, nümayəndə heyətinin tərkibinə ABŞ Ədliyyə Nazirliyinin 3 əməkdaşı və Dövlət Departamentinin nümayəndəsi daxildir. Onlar Türkiyənin Ədliyyə Nazirliyinin beynəlxalq hüquq və xarici əlaqələr baş idarəsinin əməkdaşları ilə danışıqlar aparırlar.
Müzakirələrin iki gün sürəcəyi gözlənilir. Bu müddət ərzində Amerika tərəfinə Fətullah Gülənin Türkiyədə baş verən çevriliş cəhdində əli olmasına dair faktlar təqdim ediləcək.
Xatırladaq ki, Türkiyə hökuməti ABŞ-da yaşayan Fətullah Güləni iyulun 16-na keçən gecə ölkədə dövlət çevrilişinə cəhdin təşkilində təqsirləndirilir və onun ekstradisiyasında israr edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]