DÜNYA
ABŞ təyyarələrin salonunda noutbuk daşınması qadağasını tam aradan qaldırıb
Bakı, 18 iyul, AZƏRTAC
ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası iyulun 17-də “Saudi Arabian Airlines” aviakompaniyasının reyslərində əl baqajında elektron qurğuların daşınması qadağasını aradan qaldırıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının aviakompaniyası mart ayında tətbiq edilən məhdudiyyətlərin aradan qaldırıldığı Afrika və Yaxın Şərq ölkələrindən ABŞ-a uçuşlar həyata keçirən 9 aviadaşıyıcıdan sonuncusudur.
Qurumun məlumatına əsasən, yaxın zamanlarda amerikalı məmurlar Səudiyyə Ərəbistanının uçuşların təhlükəsizliyi barədə Vaşinqtonun tələblərini təmin etməsini yoxlamaq üçün bu ölkəyə səfər edəcəklər.
Xatırladaq ki, qadağa elektron vasitələrdən istifadə olunmaqla təyyarələrdə terror aktları törədilməsi təhlükəsinə əsasən dörd ay əvvəl tətbiq edilmişdi.
CNN telekanalı öz mənbələrinə istinadla təhlükənin Ərəbistan yarımadasında fəaliyyət göstərən “Əl-Qaidə” terror təşkilatından qaynaqlandığını bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]