ELM VƏ TƏHSİL
ADİU-da magistr dissertasiyalarının müdafiəsinə başlanmışdır
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) magistr dissertasiyalarının müdafiəsinə başlanmışdır.
Dissertasiya müdafiələrində qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və digər şəxslərin iştirakını təmin etmək məqsədilə müdafiə qrafiki universitetin saytında yerləşdirilmişdir http://www.aseu.az/images/stories/files/magistr/mag1_20052014.pdf
Dissertasiya müdafiəsi zamanı fərqlənən magistrlərin bu ali təhsil ocağının doktorantura şöbəsi və ixtisasına uyğun olan kafedralarda çalışması üçün tövsiyə edilməsi də nəzərdə tutulmuşdur.
Dissertasiya müdafiəsinin nəticələri həmin gün magistrlərə elan ediləcək və universitetin rəsmi saytında yayımlanacaqdır.
Bununla əlaqədar keçirilən iclasda universitetin rektoru, professor Ədalət Muradov bildirmişdir ki, magistr dissertasiyaları müdafiəsi tam şəffaf və obyektiv keçirilməlidir.
İclasda, həmçinin dissertasiya müdafiələrinin təqdimat formasında keçirilməsi, çıxış və müzakirə reqlamentlərinə ciddi əməl edilməsinə də xüsusi diqqət yetirilməsi qərara alınmışdır.