ELM VƏ TƏHSİL
ADMİU-da “Şuşa İli” çərçivəsində keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransa məqalə qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, “Şuşa İli” çərçivəsində oktyabrın 28-də təşkil olunacaq konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir.
Konfransda iştirakla bağlı məlumat və məqalə avqustun 28-dək elektron formatda medeniirs2022@gmail.сom ünvanına göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.
Beynəlxalq konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.