ELM VƏ TƏHSİL
ADPU-nun Şəki filialında pedaqoji internatura davam edir
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında pedaqoji internatura davam edir.
Filialın tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Vüsal Baxışov və istehsalat təcrübə rəhbəri Asudə Bədəlova Şəki şəhəri Kiş kənd 4 nömrəli tam orta məktəbdə pedaqoji internaturanın gedişi ilə tanış olublar.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Bildirilib ki, pedaqoji internatura keçən xarici dil müəllimliyi (fransız dili üzrə) ixtisasının IV kurs tələbələri və məktəbin rəhbərliyi ilə görüşən nümayəndələr tələbələrə yaradılmış şəraitə görə məktəb rəhbərliyinə təşəkkür edib, tələbələrin internaturada pedaqoji fəaliyyətlə yanaşı, eyni zamanda məktəbdə idarəçilik bacarıqlarını da inkişaf etdirmələrinin vacibliyini vurğulayıblar.
Görüşdə, eyni zamanda, meydana çıxan çatışmazlıqlar müzakirə edilərək, onların həlli yollarına aydınlıq gətirilib.