Azərbaycan Dövlət İnformasiya Agentliyi

Afaq Məsud: İstifadəçini qaydalar yox, axtardığı sözün özü maraqlandırır

Afaq Məsud: İstifadəçini qaydalar yox, axtardığı sözün özü maraqlandırır

Bakı, 28 iyul, AZƏRTAC

Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud AZƏRTAC-ın suallarını cavablandırıb.

- Afaq xanım, Dövlət Tərcümə Mərkəzi tərəfindən hazırlanaraq nəşr olunmuş yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” hansı zərurətdən yarandı?

- Bu zərurət, ölkənin aparıcı dil qurumu olan Dövlət Tərcümə Mərkəzinin qarşısına qoyulmuş vəzifələrin icrası zəminində yarandı. Belə ki, 2015-ci ildən başlayaraq dövlət qurumlarının saytlarında, təşkilatlararası yazışmalarda, dil və tədris vəsaitlərində, KİV, bədii nəşrlər, dublyaj, eləcə də digər aidiyyətli sahələr üzrə aparılan yoxlamalar aşkarlanan xətaların, dil və tərcümə qusurlarının eyni bir mənbədən - əslində, başlıca funksiyası sözlərin vahid düzgün yazılış qaydasını bildirməli olan orfoqrafiya lüğətindən qaynaqlandığını üzə çıxardı və təbii ki, bu zaman ilkin mənbənin özünün araşdırılması tələbi gündəmə gəldi. İşə başlanılarkən isə vəziyyətin göründüyündən daha ağır olduğunun, məsələnin hər hansı nöqsan, ya çatışmazlığın aradan qaldırılmasıyla həll edilə bilməyəcəyinin acı həqiqəti ilə üz-üzə qaldıq. Qısaca desəm, Azərbaycan dilinin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən mənbənin bu halda olduğu təqdirdə dilimizin saflığının qorunması, düzgün istifadəsi uğrunda çəkilən bütün zəhmətin, həyata keçirilən genişmiqyaslı təkmilləşdirici tədbirlərin, “nəticə” ilə mübarizə olduğunu anladıq. Lüğətin yenidən tərtib edilməsi məsələsi də beləcə gündəmə gəldi.

- Yeni orfoqrafiya lüğəti əvvəlki lüğətlərdən nə ilə fərqlənir?

- İlk növbədə, orfoqrafiya lüğəti formatının tələblərinə cavab verməsi ilə. Yəni Azərbaycan dilinin söz ehtiyatının malik və layiq olduğu həqiqi mənzərəsini əks etdirməsi, sözləri vahid düzgün yazılış qaydasında təqdim etməsi ilə. Eləcə də əvvəlki lüğətlərdə yazılışı səhv, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərdən, söz anlayışına sığmayan lüzumsuz səs təqlidlərindən, it hürüşləri və xoruz quqqultularından, movultu və miyovultulardan, bir neçə sözdən düzəldilmiş, yaxud müxtəlif şəkilçilər artırılaraq eybəcər hallara salınmış minlərlə söz quramalarından təmizlənərək əvvəlki lüğətlərdə yer almamış 9 mindən çox Azərbaycan sözü müasir həyatımızda işləklik qazanmış terminlərlə təkmilləşdirilməsi və digər bu kimi məsələlərlə.

- Hər dəfə orfoqrafiya lüğətləri çap olunarkən bir çox mübahisəli məsələlər yaranır. Xüsusən dilçi alimlər lüğətdə yer alan bu və ya digər qayda və sözlərlə bağlı iradlarını bildirirlər. Rəhbərlik etdiyiniz Mərkəz yeni lüğət hazırlayarkən bu problemləri nəzərə alıbmı?

- Əslində, orfoqrafiya lüğətinin istifadəçisini qaydalar yox, düzgün yazılış qaydasını bilmək üçün axtardığı sözün özü maraqlandırır. Qaydalara gəlincə, indiki vəziyyətdə bu sənədin özünün də ciddi redaktəyə və düzəlişlərə ehtiyacı var. Bu haqda uzun-uzadı danışmaq istəmirəm. Mərkəz də məsələni uzatmamaq, fərdi istifadəçiləri və qurumları mümkün qədər tez bir zamanda təkmil orfoqrafiya vəsaiti ilə təmin etmək məqsədilə bütün gücünü yeni lüğətin tərtibinə sərf etdi və təbii ki, iş prosesində mövcud qaydalar da nəzərə alındı.

- Azərbaycan dilinin 90 illik lüğətçilik tarixi ərzində altı orfoqrafiya lüğəti çap olunub. Hətta son lüğətdə 110 min söz yer alıb. Mərkəzin tərtib etdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə isə 65 min söz toplanıb. Bu nə ilə bağlıdır?

- Söz ehtiyatının kəmiyyət göstəricisi ilə bağlı dəfələrlə müsahibələrimdə qeyd etmişəm. Dünya dilçiliyi tarixində hər hansı dilin söz ehtiyatının kəmiyyəti, nə onun özəlliyini, nə qədimliyini, nə zənginliyini, yaxud mükəmməlliyini müəyyən etməyib və etmir. Burada başlıca məsələ - dilin söz ehtiyatının, daşıyıcısı olduğu xalqın, millətin mentallığını, adət-ənənəsini, tarixini, məişətini, bir sözlə, dildən istifadə arealını və imkanlarını düzgün və layiqli şəkildə əks etdirilməsi, sözlərin vahid düzgün yazılış qaydasında təqdim olunmasıdır. Son orfoqrafiya lüğətləri üzrə nəşrdən-nəşrə yüksələn həmin o statistikaya gəlincə, aparılan təhlil və araşdırmalar bu süni söz artımının uzun illərlə “söz ehtiyatımızı zənginləşdirək” devizi altında həyata keçirilmiş hədsiz zərərli, dilin deqradəsinə, milli mentallığın aşağılanmasına yönələn dağıdıcı proses olduğunu müəyyən etdi. Düşünürəm, məsələnin bu tərəfi də dərindən və müfəssəl araşdırılmalıdır. Axı söhbət hər hansı bədii və ya elmi əsərdən, yaxud xarici dil lüğətindən yox, milli gerbimiz, bayrağımız dəyərində dövlət atributumuz, Azərbaycan dilinin Ana Yasası olan müqəddəs kitabdan gedir. Bayrağımızın, gerbimizin şərəf və ləyaqətini qoruduğumuz kimi, dilimizin də şərəfini, ləyaqətini qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bu gün Azərbaycan dünyanın aparıcı ölkələri sırasında hər sahədə beynəlxalq aləmlə sıx əlaqələr qurur və təbii ki, Azərbaycan dili də rəsmi və qeyri-rəsmi ünsiyyət vasitəsi kimi gün-gündən dünya müstəvisinə yol açır, tərcümə vasitəsilə digər dillərlə əlaqəyə girir, aktuallaşır, öyrənilməyə, tədqiq və tədris olunmağa başlayır. Bizim Mərkəzin Azərbaycan dili kurslarına qatılan xarici ölkə səfirləri, diplomatlar keçmiş orfoqrafiya lüğətimizdən tapıb-çıxardıqları “gövdəqucaqlama”, “gəzmələrdəntutma”, “dız-dızoynama”, “eşşəkbelisındırma” kimi əcaibliklərin mənasını soruşanda mütəxəssislərimiz nə cavab verəcəklərini bilmirlər. Hər bir xalqın dili, onun milli-mənəvi sərvəti olmaqla yanaşı, dövlət atributudur. Hazırda sözügedən bu artım statistikasının, yəni lüğətdən çıxarılan sözlərin dəqiq mənzərəsini əks etdirən təsnifatı nəşrə hazırlayırıq. 50 000-dən çox sözü əhatə edən bu tarixi sənəd kitab formatında nəşr ediləcək və araşdırılması üçün Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasına təqdim ediləcək.

- Afaq xanım, yeni lüğət tərtib olunarkən, buradakı sözlər saf-çürük edilərkən hansı mənbələrdən istifadə edilib, hansı meyarlar əsas götürülüb? Yeniliklər nədən ibarətdir?

- Yeni lüğətin tərtibinə başlanılarkən, 1929-cu ildən bəri işıq üzü görmüş milli orfoqrafiya lüğətlərinin araşdırılması işinə start verildi. Sözlərin seçiminə gəlincə, proses “Azərbaycan dilinin izahlı lüğəti”, “Azərbaycan dilinin etimologiya lüğəti”, “Azərbaycan dilinin dialektoloji lüğəti”, “Azərbaycan dilinin frazeoloji lüğəti”, “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri”, “Azərbaycan dastanlarının leksikası” və sair bu kimi mənbələrdə aparılan təhlil və araşdırmalarla həyata keçirildi, keçmiş lüğətlərdə yer alsa da, yeni orfoqrafiya lüğətinə daxil edilməməsi qərara alınan hər bir söz detallı şəkildə təhlil edildi. Yeri gəlmişkən, bunu da təəssüflə deməliyəm ki, adıçəkilən bu mənbələrin bir çoxunun özü də qüsurludur, təhrif və xətalarla doludur. Gələcəkdə bu nəşrlərin də təkmilləşdirilməsi nəzərdə tutulur. Yeniliklərə gəlincə, ortaya sözün əsl mənasında mükəmməl orfoqrafiya vəsaitinin çıxarılması naminə bu beş il ərzində çox işlər görülüb. Bayaq dediyim kimi, yazılışı əvvəlki orfoqrafiya lüğətlərində səhv, yaxud iki, bəzən üç variantda verilmiş söz və terminlər vahid düzgün yazılış qaydasında təqdim olunub, minlərlə ərəb, fars və digər xarici sözlərdən yalnız işləkləri, minlərlə lüzumsuz söz törəmələrindən yalnız semantik yükü olanlar, 2 mindən çox səs təqlidi və onlara dair törəmələrdən yalnız müəyyən məna kəsb edənlər saxlanılıb, mənası anlaşılmayan qədim sözlər işləklik qazanması məqsədilə izahlarla verilib, həmçinin eyni cür səslənsə də, ayrı-ayrı mənalar daşıyan söz və terminlər izahlarla verilib, lüğətin “Azərbaycan Respublikasının coğrafi adları” bölümləri və “Dünya üzrə coğrafi adlar” əvvəlki orfoqrafiya lüğətlərində yer almamış ölkə və şəhər adları ilə təkmilləşdirilib, “Azərbaycanın milli musiqi adları”, “Azərbaycan xalçaları adları” bölmələri əlavə edilib və sair və ilaxır.

- “Azərbaycan Respublikasının Dövlət Dili haqqında” Qanuna əsasən, orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşdirilməli və nəşr edilməlidir. Rəhbərlik etdiyiniz qurumun bununla bağlı nə kimi planları var?

- Yeni orfoqrafiya lüğətinə olan kütləvi tələbatı nəzərə alaraq kitabı hər il nəşr etməyi planlaşdırırıq. Lüğət işıq üzü görəndən sonra Mərkəzə sonsuz sayda müraciətlər, zənglər daxil olur. Düşünürəm, hər bir azərbaycanlının, eləcə də qurum və təşkilatların ehtiyac duyduğu bu vəsait 50-100 000 tirajla nəşr olunmalıdır. Bu il Mərkəz ilkin olaraq lüğəti 500 tirajla, yəni imkanı daxilində nəşr etdi. Kitabın kütləvi nəşrinə vəsaitin ayrılmasıyla bağlı Azərbaycan Respublikasının Prezidenti, Dövlət Dil Komissiyasının sədri İlham Əliyevə məktub hazırlanır. Böyük Heydər Əliyevin təməlini qoyduğu dövlət dili siyasətini bu gün uğurla davam etdirən ölkə başçımızın digər məsələlərdə olduğu kimi bu məsələyə də həssas yanaşacağına inanırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib