AFRİKA MÖCÜZƏLƏRİ ?
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Cənubi Afrika Respublikasının Limpopo əyalətinin kənd sakinlərindən birinə qeyri-adi müsibət üz vermişdir: hər gecə göydən onun evinə və bostanına daşlar tökülür. Cana doymuş kəndli kömək üçün polisə müraciət etməli olmuşdur. Asayış keşikçiləri düz bir həftə gecəni gündüzə qataraq pusquda durdular, hər səksəkəli səsə diqqət kəsildilər, hətta göydə uçan quşa göz qoydular və nəhayət, əmin oldular ki, həqiqətən qaranlıq düşən kimi, başıbəlalı kəndlinin evinin həyətinə və damına haradansa yuxarıdan daş-kəsək yağır. Lakin polislər bu vaqeədən nə baş açdılar, nə də bir işə düşdülər.
İndi iş alimlərə qalıb...