REGİONLAR
Ağcabədidə 28 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub
Ağcabədi, 24 avqust, AZƏRTAC
İpəkqurdunun yem bazasının bərpası məqsədilə payız mövsümündə Ağcabədi rayonunda 28 mindən çox tut tinginin əkilməsi nəzərdə tutulub.
Ağcabədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Uzun fasilədən sonra bu il rayonun 37 yaşayış məntəqəsində 48 kümçü tərəfindən 80 qutu ipəkqurdu toxumu yetişdirilib. 3675 kiloqram yaş barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib.
Hazırda Ağcabədi rayonunda 27 min 345 ədəd çəkil ağacı var. Ağcabədi Regional Meşə Tingliyi Mərkəzində 10 min ədəd tut tingi yetişdirilib. Gələn il barama istehsalının 2 dəfə artırılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:54]
Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi
- 06.05.2024 [15:39]
Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]
Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək
- 05.05.2024 [23:10]
Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib
- 05.05.2024 [12:00]