CƏMİYYƏT
AĞCABƏDİDƏ İFTAR SÜFRƏSİ AÇILMIŞDIR
Ağcabədi, 8 sentyabr (AZƏRTAC). Sentyabrın 8-də Ağcabədi şəhərindəki “Xan Çinar” şadlıq sarayında rayon icra hakimiyyətinin təşəbbüsü ilə iftar süfrəsi açılmışdır.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov iştirakçıları Ramazan bayramı münasibətilə təbrik etmiş, milli-mənəvi həmrəliyin, saflıq və mərhəmətin rəmzi olan bayramda onlara cansağlığı, xoşbəxtlik, əmin-amanlıq arzulamışdır. Bayramın resbublikamızda, o cümlədən Ağcabədi rayonunda böyük sevinclə qeyd edildiyini deyən Ş.Məmmədov milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən dövlət tədbirlərindən danışmışdır.
Mərasimdə dindar Tofiq Məlikov, rayon ağsaqqalar şurasının üzvü Bəhmən Əzimov və başqaları çıxış edərək, onlara göstərilən diqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Rayonun axundu Mərdan Rzayev dualar oxumuş, Ramazan ayının fəzilətləri barədə söhbət açmışdır.