REGİONLAR
Ağcabədidə meliorasiya işləri davam etdirilir
Ağcabədi, 16 mart (AZƏRTAC). Ağcabədi rayonunda torpaq sahələrinin su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor-dren şəbəkələrinin və suvarma kanallarının lildən təmizlənməsi işləri davam etdirlir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2010-cu ildə Suvarma Sistemləri İdarəsi tərəfindən 310 kilometr suvarma kanalı lildən təmizlənmiş, 440 hidrotexniki qurğu, 41 nasos stansiyası əsaslı və carı təmir edilmişdir. Sel və daşqınların qarşısının alınması məqsədilə Kür çayının sahilində 1 kilometr bənd vurulmuş, Qarqar çayının Kürə tökülən hissəsində 8 kilometr bənd möhkəmləndirilmişdir.
Meliorasiya idarəsi tərəfindən 164 kilometr kollektor drenaj şəbəkələri lildən təmizlənmiş, 125 hidrotexniki qurğu cari, 4 hidrotexniki qurğu əsaslı təmir edilmişdir.
Subartezian quyularının istismarı idarəsi tərəfindən ötən il 647 subartezian quyusu, 530 nasos, 20 elektrik mühərriki, 58 transformator yarımstansiyası əsaslı təmir edilmişdir.