REGİONLAR
Ağcabədidə vətəndaşlara 165 min dozadan çox vaksin vurulub
Ağcabədi, 25 yanvar, AZƏRTAC
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək rayon sakinlərinə 165 min 7 doza vaksin vurulub. Birinci doza üzrə vaksin olunanların sayı 67 min 857 nəfər, ikinci doza üzrə vaksinasiya olunanların sayı 62 min 683 nəfər, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 34 min 467 nəfərdir.
Rayon sakinləri onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.