Ağcabədidə Zəfər Gününə həsr olunan sərgi açılıb
Ağcabədi, 4 noyabr, AZƏRTAC
Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq “Şanımıza şan qatan yurdum” adlı rəsm sərgisi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Dövlət Rəsm Qalereyasının və şagirdlərin 44 günlük Vətən müharibəsinə, Azərbaycan Ordusunun şanlı Zəfərinə həsr etdikləri 44 rəsm əsəri, eləcə də kitab və jurnallar nümayiş olunur.
Sərgi noyabrın 12-dək davam edəcək.