REGİONLAR
Ağdam rayonunun fərdi təsərrüfatlarında 246 hektar sahədə təkrar əkin aparılıb
Ağdam, 30 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq Ağdam rayonunun fərdi təsərrüfatlarında 246 hektar sahədə təkrar əkin aparılıb.
Ağdam rayon statistika idarəsinin rəisi Xosrov İsmayılov AZƏRTAC-a bildirib ki, əkinin 78,5 hektarını yem üçün qarğıdalı, 39,7 hektarını digər yem bitkiləri, 53,2 hektarını kələm, 20 hektarını pomidor, 18 hektarını mətbəx çuğunduru, 22,4 hektarını xiyar, 9,7 hektarını yerkökü, 0,5 hektarını lobya, 4 hektarını dənli bitkilər təşkil edir.
Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayır.