Ağdamda döyüş sursatı aşkar edilib
Ağdam, 9 dekabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qiyaslı kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən döyüş sursatı aşkar ediblər. Polis əməkdaşları 1 əl qumbarası, müxtəlif çaplı 1309 ədəd güllə götürərək aidiyyəti üzrə təhvil veriblər.