CƏMİYYƏT
Ağdaşda baş vermiş yanğın söndürülmüşdür
Bakı, 18 yanvar (AZƏRTAC). Ağdaş rayonunun Ərəb kəndində vətəndaşa məxsus, ümumi sahəsi 192 kvadratmetr olan birmərtəbəli, üç otaq və aynabənddən ibarət evdə yanğın baş vermişdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə nəticəsində ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yanğınsöndürənlər alovu söndürmüş, yaxınlıqdakı tikililəri yanğından mühafizə etmişlər.
Abşeron rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzildə yanğın qeydə alınmışdır.
Nəticədə mənzilin bir otağı əşyaları ilə birlikdə xeyli sahədə yanmışdır.
Burada da yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınmış, mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Hadisələrlə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.