REGİONLAR
Ağdaşda kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır
Ağdaş, 4 avqust (AZƏRTAC). Ağdaş rayonunun kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində artım qeydə alınmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, bu il 16 min 274 hektar sahədə taxıl, 4 min 416 hektar sahədə tərəvəz, 1343 hektar sahədə dən qarğıdalı, 1481 hektar sahədə çəltik, 1204 hektar sahədə kartof, 1531 hektar sahədə bostan, 30 hektar sahədə şəkər çuğunduru, 6 min 155 hektar sahədə yonca əkilmişdir. Hazırda əkin sahələrindən məhsul yığımı davam etdirilir.
Ötən illə müqayisədə kənd təsərrüfatı məhsullarının əkin sahəsi və istehsalı xeyli artmışdır. Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 45 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Məhsulları istehsalının artırılması üçün aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə 302.6 ton gübrə satılmışdır.