CƏMİYYƏT
Ağdaşda qanunsuz fəaliyyət göstərən baytarlıq apteki aşkar olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağdaş rayonunun H.Əliyev prospekti B/84 ünvanında sahibkar Mustafayev Pərviz Vilayət oğluna məxsus baytarlıq aptekində keçirilən yoxlama zamanı sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, həmçinin son istifadə tarixi bitmiş, üzərində ilkin istehsal və son istifadə müddəti qeyd olunmayan baytarlıq preparatları aşkarlanıb.
Aşkar edilmiş qanunsuz hallarla əlaqədar qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.