Ağdaşda yaz əkinlərinə ciddi hazırlıq işləri görülür, suvarma arxları lildən təmizlənir
Ağdaş, 11 mart (AZƏRTAC). Yaz fəsli ərəfəsində Ağdaşın kəndlərində işlərin qızğın çağıdır. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda kəndlərdə meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün torpaq sahələri şumlanaraq əkinə hazırlanır, əraziyə üzvü və mineral kübrələr səpilir. Kəndlərdə quraşdırılan istixanalarda pomidor və xiyar şitilləri yetişdirilir, kartof və kələm əkini, yonca səpini davam etdirilir, yeni meyvə bağları salınır.
Yaz-yay fəsillərində əkin sahələrinin suvarma suyuna olan tələbatının normal ödənilməsi üçün hazırda arxların lil və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir. Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin maşın və mexanizmləri hazırda 8 kəndin suvarma arxının yenidən qazılmasına cəlb olunmuşdur. Ötən iki ayda 10 kilometrdən çox arx lildən təmizlənmişdir. Bundan əlavə ayrı-ayrı kəndlərin bələdiyyələri yerli əhalinin iştirakı ilə iməciliklər keçirməklə fərdi həyətyanı sahələrdən və pay torpaqlarından keçən daxili arxları əl ilə qaydaya salırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Təbiət və gözəllik şairi
- [12:07]
Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
- 14.06.2025 [23:41]
Azərbaycanın paytaxtında “IV Bakı Piano Festivalı” başlayıb
- 14.06.2025 [23:30]
Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər
- 14.06.2025 [22:05]
Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub
- 14.06.2025 [21:18]
“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 14.06.2025 [20:51]
Şəkidə yük boşaldan maşın aşıb, bir nəfər ölüb
- 14.06.2025 [20:25]