A.G.İŞEİNİN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycanın ictimai həyatındakı xidmətlərinə görə Aleksandr Gennadyeviç İşein “Şöhrət” ordeni ilə təltif edilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2002-ci il