Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığı yüksələn xətlə və davamlı şəkildə inkişaf edir. Çin ölkəmizin aparıcı iqtisadi və ticarət tərəfdaşlarından biri olduğu kimi, Azərbaycan da Cənubi Qafqaz regionunda Çinin ən böyük ticarət tərəfdaşıdır. 1995-ci ildən başlayaraq Çindən Azərbaycana 976 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırılıb. Azərbaycandan Çinə yatırılan sərmayələrin ümumi həcmi isə 1,9 milyard ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda deyib.
Şahin Mustafayev bildirib ki, investisiya sahəsində əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Hazırda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələri daxil olmaqla, Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında 455 Çin şirkəti fəaliyyət göstərir. Çinin iri şirkətləri ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 50-yə yaxın birgə layihə həyata keçirilir.
Nəqliyyat-tranzit sahəsinin Azərbaycan-Çin əməkdaşlığında xüsusi yer tutduğunu vurğulayan Baş nazirin müavini bildirib ki, 2026-cı ilin ilk 7 ayında tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 272,6 min ton təşkil edib.
O əlavə edib ki, ticarət əlaqələrinin daha da genişləndirilməsi və Azərbaycan məhsullarının Çin bazarında təşviqi istiqamətində ardıcıl iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:28]
Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb
- 23.09.2026 [20:22]
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
- 23.09.2026 [19:49]
Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub
- 23.09.2026 [19:47]
Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub
- 23.09.2026 [19:30]