MƏDƏNİYYƏT
“Ağrım, acım Şuşam” mövzusunda tədbir keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Xəzər rayonunun Türkan qəsəbə mədəniyyət evinin təşkilatçılığı ilə qəsəbədə yerləşən 6 nömrəli sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat-məktəbdə Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş “Ağrım, acım Şuşam” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər 20 il bundan əvvəl Azərbaycan xalqının mənəviyyatına dəyən gözlənilməz zərbə, ağrı və acı ilə yada saldığımız Şuşa şəhərinin işğalından söhbət açmışlar.
Tədbir internat-məktəbin şagirdlərinin çıxışları ilə davam etdirilmişdir. Onlar görkəmli Azərbaycan şairləri Səməd Vurğunun “Şuşa” və Zəlimxan Yaqubun “Dur ayağa, məmləkətim” şeirlərini əzbər söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]
Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub
- 03.05.2024 [12:15]
Bakıda Kukla Festivalının bağlanış mərasimi olub
- 03.05.2024 [11:56]
Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi
- 03.05.2024 [11:30]
“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib
- 03.05.2024 [11:22]
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 03.05.2024 [11:12]