REGİONLAR
Ağstafa rayonunda ənənəvi şənbə iməciliyi
Ağstafa, 20 sentyabr (AZƏRTAC, Famil Quliyev). Sentyabrın 20-də Ağstafa rayonunda ənənəvi şənbə iməciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər.
Ağstafa şəhərinin prospekt və küçələrində yaşıllıq sahələrinə xüsusi qulluq göstərilib, yol kənarları kol-kosdan təmizlənib.
Bundan əlavə, Bakı-Qazax avtomobil yolu və dəmiryolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca səliqə-sahman işləri həyata keçirilib.
İməcilik zamanı qəsəbə və kəndlərdə yollar və suvarma arxları məişət tullantılarından təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:39]
Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]
Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək
- 05.05.2024 [23:10]
Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib
- 05.05.2024 [12:00]