SİYASƏT
Ağstafada ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilmişdir
Ağstafa, 10 may (AZƏRTAC). Ağstafalılar ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə keçirilən tədbirə dahi şəxsiyyətin bu şəhərdəki abidəsini ziyarət etməklə başlamışlar.
Rayon rəhbərliyi, idarə, təşkilat və müəssisələrin kollektivləri, ictimaiyyətin çoxsaylı nümayəndələri abidənin önünə gül dəstələri qoymuşlar.
AZƏRTAC xəbər verir ki, tədbir Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
Tədbir dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlamışdır.
Sonra çıxış edən rayon ziyalıları, ağsaqqallar ulu öndər Heydər Əliyevin fenomen şəxsiyyət kimi Azərbaycanın inkişafı naminə gördüyü işləri faktlarla diqqətə çatdırmışlar.