REGİONLAR
Ağstafada xalçaçılıq müəssisəsi inşa olunur
Ağstafa, 2 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Ağstafa rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində ardıcıl iş görülür. Rayonda xalçaçılığın qədim tarixinin olmasını nəzərə alaraq, yeni xalça istehsalı müəssisəsinin tikintisi nəzərdə tutulub.
Rayonda “Azərxalça” ASC-nin Ağstafa xalça toxuculuğu müəssisəsinin tikintisinə başlanılıb.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müəssisənin tikintisi üçün 0,50 hektar torpaq sahəsi ayrılıb. Həmin müəssisədə işləyəcək ixtisaslı kadrların hazırlanması üçün rayondakı Heydər Əliyev Mərkəzində xalçaçılıq dərnəyi açılıb. Müəssisə işə salındıqdan sonra burada 120 nəfər daimi işlə təmin olunacaq. Müəssisənin tikinti işləri sürətlə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [20:42]
Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub
- 06.05.2024 [18:18]
Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV
- 06.05.2024 [17:56]
“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir
- 06.05.2024 [15:54]
Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi
- 06.05.2024 [15:39]
Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]