REGİONLAR
Ağsu heyvandarları məhsul istehsalında artıma nail olublar
Ağsu, 11 aprel, AZƏRTAC
Ağsu rayonunda cari ilin birinci rübündə heyvandarlıq məhsulları istehsalı artıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari ilin ilk üç ayında ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı (diri çəkidə) 11 ton artaraq 1192 tona, süd istehsalı 41 ton artaraq 6873 tona çatıb. İlin ilk rübündə rayonda 2 milyon 691 min ədəd yumurta istehsal olunub ki, bu da keçən ilin ilk üç ayındakı göstəricidən 38 min ədəd artıqdır.
Bu il iribuynuzlu mal-qaranın və davarların da baş sayı artıb. İnək və camışların sayı 40 min 675 başa, qoyun-keçilərin sayı isə 162 min 277 başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]