REGİONLAR
Ağsuda 99,9 min ton taxıl istehsal edilib
Ağsu, 3 avqust, AZƏRTAC
Ağsu rayonunda taxıl biçini kampaniyası başa çatıb. Zəmilərdən 99,9 min ton məhsul götürülüb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin məhsulu üçün bölgədə 33 min 382,3 hektarda taxıl yetişdirilmişdi. Sahələrin 17 min 385,5 hektarı buğda, 15 min 996,8 hektarı isə arpa idi. Bu il istehsal olunan taxıl ötən ildəki göstəricidən 20 min ton çoxdur. Hər hektardan məhsuldarlıq da 5,9 sentner artıb və 29,9 sentnerə çatıb.
Rayonun əksər ərazilərində, o cümlədən Padar, Kəndoba, Rəhimli, Ərəbmehdibəy, Bico və bir sıra digər ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.
Hazırda rayonda gələcək yüksək məhsul üçün mühüm aqrotexniki tədbir olan yay şumu aparılır.