REGİONLAR
Ağsuda kənd təsərrüfatı məhsulları istehsalı 16,7 faiz artıb
Ağsu, 5 yanvar, AZƏRTAC
Yenicə yola saldığımız 2020-ci ildə Ağsu rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı inişildəkinə nisbətən 16,7 faiz artıb.
Bu barədə rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, aqrar sektorda çalışan fermerlər və fiziki şəxslər ili uğurlu nəticələrlə başa vurublar. Belə ki, il ərzində 108,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ildəki göstəricidən 15,6 milyon manat çoxdur.
Nəticə istər bitkiçilik, istərsə də heyvandarlıq sahəsində uğurlu olub. Belə ki, bitkiçilik məhsulları istehsalı 8,5 milyon manat artaraq 58,7 milyon manat, heyvandarlıq məhsulları istehsalı isə 7.2 milyon manat çoxalaraq 49,6 milyon manat təşkil edib.