Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasında medianın rolu müzakirə olunub [YENİLƏNİB]

Bakı, 20 iyul, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın milli mətbuatı tarixində yeni və parlaq səhifə açılıb. Bu dövrdə söz və mətbuat azadlığını məhdudlaşdıran maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ulu Öndərin Fərmanı ilə senzuranın ləğv edilməsi isə ölkəmizin demokratikləşməsi və vətəndaş cəmiyyətinin təşəkkül tapmasında mühüm əhəmiyyət kəsb edib. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində “Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda səsləndirilib.

Dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət adamlarının, jurnalistlərin iştirak etdikləri tədbirdə Azərbaycanda dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində kütləvi informasiya vasitələrinin roluna dair çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.

Jurnalistləri peşə bayramı münasibətilə təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 141 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini söyləyib. Bildirib ki, Azərbaycan mediası maarifçilik missiyasını uğurla həyata keçirir. Mətbuatda ailə problemlərinin işıqlandırılmasına toxunan H.Hüseynova vurğulayıb ki, mediada ailədaxili məsələlərin işıqlandırılmasında konfidensiallıq mütləq qorunmalıdır”.

Komitə sədri ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində media qurumları ilə birgə işin aparılmasının çox effektiv nəticələr verdiyini diqqətə çatdırıb.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov milli mətbuatımızın tarixindən danışaraq bildirib ki, Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlamış bu günədək milli mənəvi dəyərlərin möhkəmlənməsində, Azərbaycan dilinin saflığının qorunmasında müstəsna rol oynayıb. Azərbaycan ailə modeli dünyaya örnəkdir və bu reallıq mütləq mətbuat səhifələrinə çıxarılmalıdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev bildirib ki, Azərbaycan dövləti özünün ailə, qadın və uşaq məsələləri üzrə prioritetlərini müəyyənləşdirib. Ölkəmiz bu sahədə bir çox beynəlxalq aktlara qoşulub. Bu gün Azərbaycanın ailə modeli sağlam təməl üzərində qurulmuş bir instituta çevrilib. “Biz bu gün qadın jurnalistlərin imzası olmadan Azərbaycan mediasını təsəvvür edə bilmirik. Burada təbii ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin çox böyük rolu var. Azərbaycanda senzura, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl qanunvericilik yaradılıb. Azərbaycan mediasının inkişafına konseptual yanaşma 2008-ci ildə baş verib. Bu konsepsiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Azərbaycan dünyada yeganə dövlətdir ki, dövlət öz hesabına jurnalistləri mənzillə təmin edir. Bu proses davamlı olacaq”, - deyə V.Əliyev bildirib.

Milli Televiziya və Radio Şurası sədrinin müavini Sona Vəliyeva çıxışında Həsən bəy Zərdabinin bütün ailələrə müraciət edərək övladlarını təhsil almağa çağırdığını xatırladıb. S.Vəliyeva deyib: “O, çox gözəl bilirdi ki, millətin inkişafı maarifdən keçir. Azərbaycan ailə modeli dünya ailə modellərindən yaxşı mənada fərqlənir. Tarixin çətin sınaqlarından uğurla keçən Azərbaycan ailəsi inkişaf edir. Bugünkü inkişaf və müasirlik fonunda da ailə dəyərlərimizi tarixin sınağından üzüağ çıxarmalıyıq. Sevindirici haldır ki, ölkəmizdə boşanmaların sayı bir qədər azalıb”. Natiq vurğulayıb ki, ən böyük dəyər ailədir. Azərbaycan ailə modeli dünyanın heç bir yerində yoxdur. S.Vəliyeva qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaratmaqla Azərbaycan qadınının dünya tribunasına çıxışını təmin edib. “Hay-küylü sərlövhələr mətbuata uğur gətirə bilməz. Qalib ana obrazı yaratmaq medianın əsas vəzifəsi olmalıdır”, - deyə o əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Fond 19 konsepsiya əsasında fəaliyyət göstərir. Bunlardan biri də gender bərabərliyinin işıqlandırılmasıdır. Bununla bağlı 5 müsabiqə keçirilib. Müsabiqələrə 50-dən çox yazı təqdim olunub. Müəlliflərdən 30-u mükafatlandırılıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və başqaları milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıblar, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Konfransda hazırda Azərbaycanda dövlət ilə mətbuat arasında sağlam münasibətlərin olduğu diqqətə çatdırılıb, həmçinin ölkəmizdə mətbuata olan diqqət və qayğıdan söz açılıb.

Sonda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına və səmərəli əməkdaşlığa görə bir neçə media orqanı mükafatlandırılıb. Mükafatlandırılanlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb