ELM VƏ TƏHSİL
Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 14-ü qızıl medala layiq görülüb
Bakı, 12 avqust, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Liseyin məzunları 2015/2016-cı tədris ilində də nailiyyətlər qazanıblar. Liseydən AZƏRTAC-a bildirilib ki, məzunlardan 14-ü qızıl, 1-i gümüş medalla təltif olunub.
Aslan Ağayev, Nigar Əsədova, Nərmin Əliyeva, Ceyhun Hüseynov, Nigar Hüseynova, Ləman Hüseynova, Nilufər İsmayılzadə, Anna Jeleznyak, Həcər Qurbanlı, Heydər Səlimov, Tuncay Tağıyev, Nicat Muradov, Məhəmməd Şirinov, Aysunə Qələndərova qızıl, Aygün Qurbanova isə gümüş medala layiq görülüb.
Liseyin məzunları 2016-2017-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında da yüksək ballar toplayaraq müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar.