CƏMİYYƏT
Akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir
Bakı, 28 mart (AZƏRTAC). Aprelin 28-də Bakıda görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.
AZƏRTAC akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə istinadən xəbər verir ki, konfransda oftalmologiyanın fundamental problemləri, oftalmoloji yardımın təşkili məsələləri, göz patologiyasının müasir diaqnostika üsulları, uşaq yaşlarında görmə orqanının patologiyası, göz patologiyasının yüksək texnoloji cərrahi müalicə üsulları, refraksiyanın anomaliyaları, ametropiyaların korreksiyası xüsusiyyətləri, göz patologiyasının terapevtik müalicə üsulları mövzuları müzakirə olunacaqdır.