ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRİN BOŞ QALAN PLAN YERLƏRİNƏ ƏLAVƏ YERLƏŞDİRMƏ HAQQINDA İXTİSASLARIN SİYAHISI “ABİTURİYENT” JURNALINDA ÇAP OLUNACAQ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının dövlət və qeyri-dövlət ali məktəblərinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə haqqında elan və ixtisasların siyahısı “Abituriyent” jurnalının 6-cı, ali məktəblərə qəbul imtahanlarında toplanılan ballar əsasında orta ixtisas təhsili məktəblərinə aparılacaq tələbə qəbulu elanı isə 7-ci nömrəsində çap olunacaqdır.
Bununla belə, TQDK abituriyentlərin nəzərinə çatdırır ki, həmin komissiyalarda ərizə formasının və cavab kartının doldurulmasında, imtahanın texnoloji tələblərinin yerinə yetirilməsində səhvlərə yol verənlərin, eləcə də hər hansı səbəblərdən imtahanda iştirak etməyənlərin, “Abituriyentin yaddaş kitabçası”nda qeyd edilmiş davranış qaydalarını pozanların müraciətlərinə baxılmır.