DÜNYA
“Alibaba”nın platformalarında bir gündə 38,4 milyard dollarlıq sifariş qəbul olunub
Pekin, 12 noyabr, AZƏRTAC
Çinin “Alibaba” elektron ticarət şirkətinin platformalarında noyabrın 11-də 268,4 milyard yuan (38,4 milyard ABŞ dolları) məbləğində sifariş qəbul olunub. Bununla da şirkətin ötən ilki rekordu (30,4 milyard dollar) yenilənib.
AZƏRTAC xəbər verir ki, sutka ərzində “Alibaba”nın Çindəki və xaricdəki istifadəçiləri “Yalnızlar günü” (Subaylar günü) ilə əlaqədar endirim kampaniyasından yararlanıblar.
Qeyd edək ki, Çinin ticarət şəbəkələri hər il 11-ci ayın 11-də “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. “Alibaba” şirkəti tərəfindən 2009-cu ildən etibarən onlayn satış platformalarında bu kampaniya tətbiq olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]