SİYASƏT
ALMANİYA XİN-NİN RUSİYA, QAFQAZ VƏ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ AZƏRBAYCAN SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Almaniya xarici İşlər nazirinin elçi-müşaviri Ulriçh Brandenburq öz ölkəsinin Rusiya, Qafqaz və Mərkəzi Asiya dövlətləri üzrə yeni xüsusi nümayəndəsi təyin edilmişdir.
Alman diplomatı bu vəzifəyə təyin olunandan sonra həmin regionlardakı ölkələrin Almaniyada akkreditə edilmiş diplomatik nümayəndəlikləri ilə fəal işgüzar əlaqələr yaratmağa başlamış və ilk görüşlərindən birini Azərbaycanın Berlindəki səfiri Hüseynağa Sadıqov ilə keçirmişdir. Görüşdə Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin indiki vəziyyəti, inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsi, xarici dövlətlərin Azərbaycana olan maraqları və digər məsələlər diqqət mərkəzidə olmuşdur.
Uzun müddət ATƏT, NATO kimi beynəlxalq qurumlarda təhlükəsizlik məsələləri ilə məşğul olan alman diplomatı yeni vəzifəsində Almaniyanın Qafqaz dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsi, üçün fəal çalışacağını söyləmişdir.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin