Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının saytında Azərbaycanda tikinti sektoru ilə bağlı məqalə dərc edilib

Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının saytında Azərbaycanda tikinti sektoru ilə bağlı məqalə dərc edilib

Berlin, 2 iyul, AZƏRTAC 

Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının internet səhifəsində səfir Ramin Həsənovun “Azərbaycanın tikinti-inşaat materialları sənayesi: icmal və perspektivlər” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, BWA-nın Arxitektura və Şəhər İnkişafı Komissiyasının rəhbəri Klaus Trepte məqalə və alman şirkətləri üçün Azərbaycandakı inşaat sənayesinin potensialı ilə bağlı şərhlərini bölüşərək bildirib ki, Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşı qismində Azərbaycanda davamlı və gələcəyə yönəlmiş inşaat layihələrini reallaşdırmaq üçün cəlbedici imkanlar mövcuddur. Azərbaycan hökuməti ekstensiv maliyyələşdirmə imkanlarını təmin edir. Məqalədə vurğulanır ki, BWA-nın Arxitektura və Şəhər İnkişafı Komissiyası alman şirkətlərinin Azərbaycandakı biznes planları üçün lazımi dəstək göstərməyə hazırdır. Eyni zamanda, bildirilir ki, adıçəkilən sektorda alman və beynəlxalq şirkətlər üçün Azərbaycanda mövcud olan imkanlar kontekstində, BWA səfir Ramin Həsənovun məqaləsini dərc edir.

Məqalədə ölkəmizdə inşaat-tikinti materialları sektorundakı cari vəziyyət, potensial və perspektivlər, eləcə də bu sahədəki institusional mexanizmlər və beynəlxalq sərgilər barədə məlumatlar diqqətə çatdırılır.

Bildirilir ki, Azərbaycan tikinti sektorunda istifadə edilə biləcək xammallarla zəngin olan ölkədir. Həmin xammallar ölkənin bir çox inşaat resursları üzrə özünü və böyük ixrac imkanlarını təmin edir. Qeyri-neft sektorunun inkişafı və iqtisadi şaxələndirmə kontekstində ölkə, həmçinin inşaat sektorunun irəlilədilməsinə diqqət yetirir. Azərbaycan nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və enerji üzrə böyük layihələr reallaşdırır, eləcə də ictimai mənzil, təhsil və səhiyyə obyektlərini inkişaf etdirir. Heydər Əliyev Mərkəzi, Bakı Ağ Şəhər, Alov qüllələri, “SOCAR Tower”, Bakı Kristal Zalı dünya arxitekturasının seçilmiş əsərləri sırasındadır. Azərbaycanın inşaat bazarı son illərdə davamlı şəkildə inkişaf edib. 2018-ci ildə inşaat sahəsində ÜDM-də yaradılmış əlavə dəyərin payı 8 faiz olub. Yaxın gələcəkdə tikinti materialları istehsalının daha da genişlənməsi gözlənilir. Dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər sayəsində inşaat sənayesi güclü artım nümayiş etdirib və Azərbaycanda rəqabətqabiliyyətli sektora çevrilib. Son illər ərzində tikinti materiallarının yerli istehsalı əhəmiyyətli dərəcədə artıb, eləcə də məhsul çeşidinin genişlənməsinə və ixracın strukturunun təkmilləşməsinə müsbət təsir göstərib. Azərbaycanda fəaliyyət göstərən sənaye və texno-parklar (Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiyalar Parkı), eləcə də sənaye məhəllələri (Masallı, Sabirabad), həmçinin inşaat sahəsində də çoxlu əlverişli biznes imkanları və stimullar (məsələn, vergi və gömrük) təmin edir. Aparıcı inşaat-tikinti şirkətlərinin ölkədə mövcudluğu inşaat sektorunun uzunmüddətli artım dinamikasına olan beynəlxalq etimadı nümayiş etdirir. Bu kontekstdə, xarici şirkətlər Azərbaycanın inşaat-tikinti sektoruna sərmayə yatırmaqdan gəlir əldə edə bilərlər. Azərbaycanın əhalisinin sayı davamlı olaraq artır və hazırda 10 milyondan artıqdır. Bununla əlaqədar olaraq, ölkənin sosial siyasət prioritetlərindən biri vətəndaşların, xüsusən də aşağı və orta gəlirli kateqoriyanın, o cümlədən gənc ailələrin mənzil şəraitlərinin təkmilləşdirilməsindən ibarətdir. Bu xüsusda, əhalinin mənzil ehtiyaclarının qarşılanması, ekoloji cəhətdən dayanıqlı və enerji-səmərəli yaşayış evlərinin inşasının təmin olunması məqsədilə Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi təsis olunub. Eyni zamanda, əhalinin kövrək və az-təminatlı qrupunun mənzil ehtiyaclarının cavablandırılması məqsədilə Qaradağ rayonunda “Qobu-Park” yaşayış kompleksləri inşa edilib. Sosial mənzillərin inşası və ağıllı-intellektual tikintinin reallaşdırılması inşaat sektorunda sahibkarlığın gücləndirilməsini təşviq edəcək, eləcə də yeni iş imkanları yaradacaq.

Xüsusən inşaat-tikinti sahəsində yerli əmək bazarının tələbatının ödənilməsi məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universiteti mülki mühəndislik və arxitektura sahəsində təhsil üzrə ixtisaslaşır. Eyni zamanda, inşaat sənayesinin ümidverici artım potensialını nəzərə alaraq, fərdi həllərin hazırlanmasının irəlilədilməsi, eləcə də proseslərin və məhsulların optimallaşdırılması və rasionallaşdırılması məqsədilə ölkədə bir neçə tədqiqat institutu fəaliyyət göstərir.

Məqalədə qeyd edilir ki, müvafiq sənaye sahəsində vəziyyətin və tendensiyaların təhlil olunması, müvafiq şirkətlərlə interaktiv dialoqun gücləndirilməsi, sektorun inkişafına təsir edən faktorların nəzərdən keçirilməsi və şirkətlərarası əməkdaşlığın təşviqi məqsədilə Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən İnşaat-Tikinti Materialları İstehsalı üzrə işçi qrup təsis olunub. İşçi qrup çərçivəsində müzakirələrin nəticəsi olaraq, sənayenin daha da inkişaf etdirilməsi və istehsalın dəstəklənməsi, qabaqcıl texnologiyaların və beynəlxalq standartların tətbiqi, eləcə də tikinti materialları bazarının təhlükəsizliyinin təmin olunması, tədqiqatların aparılması və işçilərin bacarıqlarının gücləndirilməsi məqsədilə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası yaradılıb.

Layihələrin həyata keçirilməsinin dəstəklənməsi və ictimai infrastrukturun daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycanın Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinin nəzdində Dövlət-Sahibkar Tərəfdaşlığı Mərkəzi fəaliyyət göstərir. Xarici investisiyaların cəlb olunması, müasir texnologiyaların tətbiqi, innovativ layihələrin hazırlanması və KOB “klastr”larına maliyyə dəstəyinin göstərilməsi məqsədilə KOB İnkişaf Fondu yaradılıb. Startapların inkişaf etdirilməsi, innovativ sahibkarlığın dəstəklənməsi və biznesin inkişafı proqramlarının tərtib olunması məqsədilə KOB İnkişaf Mərkəzləri formalaşdırılıb. Eyni zamanda, İnvestisiya Təşviqi Sənədinin sahibləri müəyyən vergi və gömrük güzəştləri ilə təmin edilir. Bununla yanaşı, sərmayə layihələrinin maliyyələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlər təmin olunur. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu qeyri-neft ixraclarının və xarici sərmayələrin stimullaşdırılması üzrə məsuldur. Azərbaycan İnvestisiya Şirkətinin portfelinə, həmçinin inşaat-tikinti sənayesi də daxildir. Bu xüsusda, Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə sərmayələrin yatırılması üzrə bir sıra faydalar mövcuddur və potensial investisiya üçün layihələr nəzərdən keçirilməsi üçün adıçəkilən quruma təqdim oluna bilər. Azərbaycan Sənaye Korporasiyasının (ASK) vəzifəsi sənaye istehsalı potensialının artırılmasından ibarətdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası nəzdində fəaliyyət göstərən İnşaat və Tikinti Materialları İstehsalı Müəssisələri ilə İş Komissiyası sözügedən sahədə yeniliklərin və perspektivlərin müzakirəsi üçün platformadır. Yerli və qlobal bazarlarda məhsulların və xidmətlərin satışının asanlaşdırılması məqsədilə www.azexport.az internet saytı yaradılıb. Satınalmaların həyata keçirilməsi məqsədilə https://www.etender.gov.az/ virtual platforması hazırlanmış və yeni tenderlər mütəmadi olaraq həmin rəqəmsal sistemdə yerləşdirilir. Strateji layihələrin implementasiyası üçün yeni mexanizmin formalaşdırılması, şəhərlərin və regionların inkişafına təkan verilməsi məqsədilə Azərbaycan İnşaat Korporasiyasının təsis olunması planlaşdırılır.

Səfir yazır ki, Cənubi Qafqazın və Xəzər regionunun ən böyük ixtisaslaşmış platforması olan 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin 21-23 oktyabr 2020-ci il tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, 5-ci Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin 26-28 noyabr 2020-ci il tarixlərində Bakıda təşkil olunması planlaşdırılır.

1300-dən artıq üzvü olan BWA-nın məqsədi beynəlxalq iqtisadi inkişafın, xarici ticarətin, üzvlərin iqtisadi maraqlarının və kommersiya layihələrinin, bizneslər arasında əməkdaşlığın təşviq olunmasından, eləcə də xarici dövlətlərə işgüzar səfərlərin təşkil olunmasından ibarətdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gert Jan Koopman: Aİyə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir