DÜNYA
Almaniyanın kimya nəhəngi Çinə 10 milyard dollar investisiya yatırır
Bakı, 25 noyabr, AZƏRTAC
Almaniyanın dünya miqyaslı kimya nəhəngi olan “BASF” şirkəti Çinə 10 milyard dollar sərmayə yatırır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şirkət Çində 10 milyard dollar sərmayə ilə inteqrasiya edilmiş neft-kimya zavodu inşa etmək üçün işlərə başlayır. “BASF” şirkətinin Çinin Quanqdonq bölgəsinin Zanjianq şəhərində inşasına başladığı zavodu Çində bütövlükdə xarici investisiya ilə qurulan ilk kimya kompleksi olacaq.
Zavod mühəndislik plastikləri, avtomobil və elektronika sənayesində istifadə olunan bəzi neft-kimya və termoplastik məhsullar istehsal edəcək. Kompleksin ilk fazası 2022-ci ildə 60 min ton tutumla istismara veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]