ELM VƏ TƏHSİL
Almaniyanın Vürzburq Universitetinin professoru Xocalı-Gədəbəy mədəniyyətinin maddi nümunələrini araşdırır
Bakı, 4 mart, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji kolleksiyası (Son Tunc-Erkən Dəmir dövrü) ilə əlaqədar Almaniyanın Vürzburq Universitetinin əməkdaşı professor Martin Gruber və həmin universitetin tələbəsi Silviya Kömm tərəfindən tədqiqatlar aparılır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Gerda Henkel Stiftung fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində aparılan tədqiqatın məqsədi Xocalı-Gədəbəy mədəniyyətinin maddi nümunələrini araşdırmaqdan ibarətdir.
Muzeydəki bu arxeoloji kolleksiya Xocalı-Gədəbəy mədəniyyətinin xronoloji və regional inkişafı, onun Cənubi Qafqazda Son Tunc və Erkən Dəmir dövründəki rolu ilə bağlı yeni tədqiqatlara yol açacaq.